WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
28 sen

Debitorlar idarəolunması üzrə təcrübəçi vakansiyası

Vəzifə və öhdəliklər:

•  Sığorta müqavilələri üzrə sığorta haqqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;

•  Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;

•  Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;
Ətraflı

•  Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə  və ya hesablara yönləndirilməsi;

•  Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası;

•  Analitik hesabatların hazırlanması;

•  Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;

•  Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyələr vermək;

•  Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.
 
Biliklər:

•  Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu və ya oxşar sahə üzrə;

•  Təcrübə: Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində arzuolunandır;

•  Dil bilikləri: Azərbaycan, ingilis və rus dili üzrə səlis yazılı və şifahi biliklər

•  Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər.

Bacarıqlar:

•  Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;

•  Səlis danışıq qabiliyyəti;

•  Vaxt idarəetmə bacarığı;

•  Məlumatların məxfiliyinin qorunub saxlanılması;

•  Detallara diqqət və analitik bacarıqlar;

•  Təşəbbüskarlıq;

•  İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;

•  Stres altında işləmək qabiliyyəti.

 

Son müraciət tarixi: 27.10.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.
10

PAYLAŞ