24 sen
Avto və əmlak sığortası üzrə blokda Marketinq (Məhsul) üzrə təcrübəçi
İş barədə məlumat
- Müştərilər üzrə araşdırma aparmaq (sorğular, fokus qruplar və s.), müştəri bazasını təhlil etmək, müştəri seqmentləşdirilməsini gerçəkləşdirmək.
- Yeni məhsul və ya xidmətlər üzrə bazar araşdırmalarını aparmaq, potensial bazarları müəyyən etmək.
- Araşdırma nəticələrinə uyğun yeni məhsul/xidmət təklifləri üzərində çalışmaq.
- Yeni məhsul/xidmətin bazara çıxış strategiyasını hazırlamaq.
- Cari və yeni məhsul satışları üzrə detallı təhlil hesabatlarını formalaşdırmaq.
- Cari məhsul/xidmət portfelini təhlil etmək, müvafiq hesabatlar hazırlamaq.
- Yeni satış kanalları və kampaniyalar üzrə təklifləri formalaşdırmaq.
- Rəqiblərin marketinq fəaliyyətinin və məhsul təkliflərinin izləmək.
Namizəd üçün tələblər
- Analitik və kreativ düşüncə.
- Araşdırma (sorğu, focus qrup və s.) hazırlanması üzrə biliklər.
- Böyük həcmli data ilə işləmək.
- Adaptivlik və çeviklik.
- Güclü kommunikasiya bacarığı (yazılı, sifahi).
- Keyfiyyətli təqdimat və hesabat hazırlamaq bacarığı.
- MS Office proqramlarında işləmək bacarığı.
- [email protected]
58