24 sen
Bravo-da Təcrübə Proqramı
Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.
Bravo, Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Şirkət, gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün Praktikum Təcrübə Proqramı təşkil edir. Praktikum, tələbələrə təhsil zamanı öyrəndiklərini işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış edir, şirkət peşəkarları tərəfindən təlimatlanmaq və yay aylarında işləmək imkanı verir.
47