WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
27 okt

Əgər 20- dən çox şagird zəhərlənibsə, bu faciədir...

Şagirdlərin ali məktəbə hazırlaşdığı ərəfədə həm dərslərə, həm də hazırlıqlara getməsi onların vaxtında, düzgün şəkildə qidalanmasına əngəl törədir. Nəticə etibarı ilə şagirdlər ayaqüstü çöl yeməkləri ilə qidalanmaq məcburiyyətində qalır.

 

Belə olan halda şagirdlərin daha çox çöl yeməkləri ilə qidalanması (dönər, lahmacun və s.) bəzən zəhərlənmə hallarına gətirib çıxarır.

 

Maraqlıdır, bəs bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az- a açıqlama verən təhsil ekspeti Kamran Əsədov bildirib ki, şagirdlərə satılan qidalarla bağlı ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır:

 

“Hazırda ölkənin 4432 orta və ümumi təhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Şagirdlərin qidalanmasının xüsusi nəzarət altında olması qanunvericiliyin tələbidir. Məktəb bufetlərində satılan qidaların müxtəlif çeşidləri var. Bununla bağlı 2011-ci ildə Dövlət Sanitariya- Epidomioloji Xidmətinin  tərəfindən qaydalar hazırlanıb. Ümumiyyətlə, şagirdlərə satılan qidalarla bağlı ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır.

 

Müsahibimiz xüsusi olaraq qeyd edir ki, şagirdlər məktəblərin yaxınlığındakı ictimai iaşə obyektləri ilə bağlı qadağalara diqqət etməlidir:

 

“Xüsusi ilə də  hisə verilmiş ət məhsulları və süd məhsullarına daha çox diqqət etmək lazımdır. Bununla bağlı ciddi addımlar atılmalıdır. Bu gün çox təəssüf ki, bu istiqamətdə problemlər var. Təbii ki, bu, xidmət sektorudur. Amma görünən odur ki, istər Bakının kənarında olsun, istərsə də mərkəzi ərazilərdə  şagirdlərin qidalanmasına icazə veriləcək qidaların mütləq şəkildə siyahısı tərtib olunmalıdır”.

 

Şagirdlərə satılan dönərlərlə bağlı ciddi tələblərin müəyyən olunması təklif olunur:

 

“Dönər normal bir qidalar kimi ev şəraitində də hazırlana bilər. Amma etiraf etmək lazımdır ki, ictimai iaşə obyektlərində göstərilən xidmətlər zamanı dönərlərin tərkibinə diqqət olunmur. Bəzən bunu hazırlayan şəxslərdə bu sahə üzrə təcrübə olmur. Qidanın hazırlanması yalnız əti kəsib, içərisinə  duzlu xiyar qoyub çörək arasına yığmaqla bitmir".

 

K.Əsədov “Əgər 20-dən çox şəxs zəhərlənibsə, bu təhlükəlidir” deyərək vəziyyətin nə qədər ciddi olduğunu diqqətə çatdırır:

 

“Hesab edirəm ki, bütün  ölkə ərazisində dönərxanalara ciddi nəzarət olmalıdır. Xüsusilə şagirdlərə satılan dönərlərlə bağlı ciddi tələblər olmalıdır. Hazırda hər hansı bir norma yoxdur. İlk növbədə normalar müəyyənləşdirməlidir. Məsələnin ən vacib tərəfi isə bu kimi məhsulları satan şəxslərin öz məsuliyyətlərini dərk etməsidir”.

102

PAYLAŞ