WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 okt

Bu universitet nə üçün akkreditasiyadan keçə bilmədi? - Ekspert şərhi

UNEC-in rektoru Ədalət Muradovla UNEC Zaqatala filialında "Uyğun deyil" yekun qərarı ilə tamamlanmış akkreditasiya nəticələri geniş müzakirə olunub. Bu barədə rektor yazır:

“Yaranmış vəziyyəti və göstərilmiş qeydləri hərtərəfli təhlil etdik, Zaqatala filialında vəziyyətin ən qısa vaxtda köklü surətdə yaxşılaşdırılması üçün qərarlar verdik. Univetsitetin regional filiallarının akkreditasiya meyarlarının universitetin özünün akkreditasiya meyarlarından fərqli olmalıdır fikrindəyik.

 

Hətta Ə.Muradov hesab edir ki, universitetlərin "filial" modelindən kənarlaşmaq haqqında düşünmək vaxtıdır.

 

Söhbət əsnasında ciddi keyfiyyət təminatı alətinə çevrilməsi üçün ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin obyektivliyi və şəffaflığının artırılmasına ciddi ehtiyac olduğunu vurğulanıb.

 

 

AzEdu.az xəbər verir ki, buna münasibət bildirən təhsil ekpserti Vüsal Kərimli isə akkreditasiya prosesinin əvvəldən yalnış icra edildiyini bildirir:

“Belə ki qaydalar 14.12.2020 ci ildə verildiyi halda meyarlar və indikatorlar 30.09.2022 də təsdiq edildi. ATM-lər hər hansı bir obyekt deyil ki, qısa zamanda dəyişiklikləri, əlavələri, yeni standartları tətbiq etsin. Tək Keyfiyyət Təminatı mərkəzinin qeyd edilən sənədləri formalaşdırması üçün ən azı 2 il zamana ehtiyac var. 2020-ci ildə Akkreditasiya üçün ekspert bankına cəlb edilən şəxslərdən biri olmuşam. Amma 2 moduldan keçməyimə baxmayaraq, 3-cü modulu dəvət edilmədim. Səbəb isə TKTA standartların tətbiq edilməsində gecikmələr olması, qurumun özünün strateji planın olmaması, normativ sənədləri hələ də bu günə kimi ictimaiyyətə açıq etməməsini tənqid etməyim idi. Akkreditasiya edilən universitetlərin hesabatlarında çox ciddi pozuntuların olmasının təhlilərlə yazmışam. Amma aidiyyəti qurum bununla bağlı cavab vermir.

 

Əksər ATM tələb edilən sənədləri olmadığı halda olmuş kimi təqdim edilməsi, akkreditasiyaya gedən ekspertlərin işlərinə səhlənkar yanaşması, getdikləri yerlərdə etməmələri tələb edilən fəaliyyətləri etmələri, Akkreditasiyaya gedən ekspertlərin müxtəlif ATM-in rəhbər vəzifələrdə çalışmaları, müxtəlif standartların tətbiqi (məs İSO 9001:2015 standartın bir universitetə tətbiq edilməsi digərlərinə edilməməsi və s.) şəffaflığının pozulması göstəricisi kimi qəbul edirəm”.
126

PAYLAŞ