WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
18 sen

Alim: “Test üsulu və mobil telefonlar uşaqları robotlaşdırır”

Gənclərə ali təhsil qədər təlim-tərbiyə, mədəniyyət, davranışın aşılanmasının vacibliyi hər kəsə məlumdur. Bu kimi keyfiyyətlərin gənclərə hansı dönəmində aşılanması məsələsi fikirlərin haçalanmasına səbəb olur. Əksəriyyət düşünür ki, bu uşaqlara bağça dönəmindən öyrədiməlidir. Bəziləri isə düşünür ki, sözügedən məsələlər təhsilin bütün pilləsi üçün aktual olmalıdır. Kimi isə hesab edir ki, bu məsələdə valideyn və məktəb həmrəy çalışmalıdır.

 

 

Mövzuya adınlıq gətirmək üçün sosioloq- alim Əhməd Qəşəmoğluya müraciət etdik.

 

Azedu.az-a açıqlama verən ekspertin sözlərinə görə yeni nəslin təlim-tərbiyəsinin arzuolunan səviyyədə olması üçün valideynləri maarifləndirməklə başlamaq lazımdı:

 


 

“Çünki əksər valideyn hələ 6 yaşına qədər olan uşaqlara təlim-tərbiyə verməkdə acizdirlər. Ona görə də sözügedən məsələ ilə bağlı ölkədə böyük bir sosial iş görülməlidir. Belə bir məsuliyyətin altından tək valideynlər qalxa bilməz. Buna görə də bağçalar valideynlərlə ortaq çalışmalıdır. Uşaq bağçalarının nəzarəti altında bağçaların ərazisində həmin valideynlər üçün maarifləndirici görüşlər təşkil olunsun”.

 

Sosioloq yeni nəslin formalaşmasında orta məktəbin əvəzolunmaz bir rolu olduğunu deyir:

 

“Mən universitet müəllimiyəm. I kursa gələn tələbələri gördükdə onların orta məktəbə necə biri olduğunu və hazırda onlarla necə davranmalı olduğumu bilirəm.

 

Orta məktəb uşaqlarında özünəinam hissi zəif şəkildə fomaşdırılır. Bu, böyük bir problemdir. Əlavə olaraq test üsulu və mobil telefonlar uşaqları robotlaşdırır. Halbuki orta məkəbdə intellektin inkişaf etməsi, davranışın formalaşmasına çox ciddi diqqət yetirilməlidir”.
115

PAYLAŞ