WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
07 sen

Hərbi sirləri yaymayın! – “Məktəblərdə “media dərsi” keçirilsin!”

“İnsanlara daha kiçik yaşlardan media savadlılığı öyrədilməlidir”

 

 

İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafı insanlara informasiya əldə etmək üçün çeşidli imkanlar yaradır. Əgər əvvəllər baş verənlər barədə insanlar ənənəvi mənbələr - qəzet, jurnal, radio və televiziya vasitəsilə informasiya əldə edirdilərsə, bugün bu sıraya internet də əlavə olunub. Xüsusilə də internetin imkanlarından istifadə etməklə kütləvilik qazanan sosial şəbəkələr informasiyanın sürətli tirajlanmasına gətirib çıxarır.

 

 

Təəssüf ki, internetin imkanlarından yararlanan bəzi şəxslər daha da papulyarlaşmaq üçün ölkənin milli maraq və təhlükəsizliyə zidd dezinformasiyalar yayır. Bir çox insan da həmin məlumatlara inanıb təşvişə düşür.

 

 

Buna görə də insanları mütləq şəkildə yalanı doğrudan, şaiyəni düzgün informasiyadan ayırmaq barədə məlumatlı olmalıdırlar.

 

 

Bəs bununla bağlı məktəblər və ali təhsil müəssisələri hansı addımlar atmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, internet mühitində doğru məlumatlara çox az rast gəlirik:


 “Müasir dövrdə informasiyanı yayma vasitələri nə qədər çoxalırsa, hər hansı bir məlumata tez çatma imkanları nə qədər çox artırsa, dezinformasiyaların sayı da bir o qədər çoxalır. Bunun bir səbəbi də cəmiyyətə operativ, dəqiq, qərərsiz və obyektiv məlumatların az verilməsidir. Müxtəlif yollarla yayılan xəbərlərin hansının doğru, hansının yanlış olduğunu müəyyən etmək üçün əlbəttə, informasiya istifadəçisini yəni, auditoriyanın müəyyən bir bilik səviyyəsi olmalıdır. O səviyyəni qaldırıb, təmin etmək üçün mütləq cəmiyyətdə “media savadlılığı” deyilən tendensiyanı inkişaf etdirmək lazımdır. Artıq neçə illərdir ki, Avropada o cümlədən, qardaş Türkiyədə 10 ilə yaxın bir müddətdə məktəblərdə və ali təhsil ocaqlarında “media savadlılığı” deyilən kurs keçirilir və müvafiq təlimlər reallaşdırılır. Bu təlimlərin əsas məqsədi əhalinin media savadlılığını artırmaq və dezinformasiya ilə mübarizəni daha səmərəli həyata keçirməkdir”.

 

 

Professor insanların media savadlılığı barədə məlumatlanması üçün müəyyən təkliflər irəli sürüb:

 

“Düzdür, elə məlumatlar var ki, onu görən kimi dezinformasiya olduğunu sezmək olur. Lakin hamı belə deyil. Ona görə də ölkəmizin bir sıra universitetlərində, həmçinin Media İnkişaf Agentliyinin dəstəyi ilə təlimlər keçirilir. Amma daha yaxşı olar ki, orta məktəblərin yuxarı - 9, 10, 11-ci siniflərdə şagirdlərə informasiya işinin əsaslarını öyrədək. Yəni, “media dərsi” adı altında informasiyanın anotomiyasını onlara çatdıraq. Bəzən yalan məlumatları yayanlar heç özləri də onun şayiə olduğunu bilmir. Ona görə mütləq şəkildə insanlara daha kiçik yaşlardan media savadlılığı öyrədilməlidir”.
124

PAYLAŞ