04 sen
Şagirdlərə təzyiq!- imtahan stereotipi qırılsın!
şəkildə imtahan, imtahan stressi, imtahandan sonra baş verə biləcək hallarla bağlı psixoloji sferada maarifləndirilməlidir. Bu kimi halların yaşanmaması üçün 9 və 10 siniflərdə şagird və valideynlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Bu mövzuda valideynlərin ildə heç olmasa 2 dəfə maarifləndirilməsi vacibdir. Çünki valideynlərin əksəriyyəti keçid yaş dövründəki övladları ilə necə davranmalı olduqları barədə məlumatsızdır. Şagird də həmin ərəfələrdə daim psixoloqdan kömək ala biləcəyinin fərqində omalıdır”.
Psixoloq belə vəziyyətlərdə əsas işin valideynə düşdüyünü də diqqətə çatdırıb:
“Həmin ərəfələrdə evdə gülüş, pozitivlik, yüksək ruhlu davranışların daim olması çox vacibdir. Valideynlər uşağın rahatlığını təmin etməli, stresslə mübarizə aparması üçün kömək etməlidirlər. Bu mövzuda məsuliyyətin 70 faizi valideynin üzərinə düşür. Həmin dövrdə valideynin uşağına göstərəcəyi ən xırda pozitiv, motivasiya davranışlar uşaqda əhvalının yüksəlməsinə kömək edə bilir. Bununla da şagirddə depressiya riski azalır.
Şagirdə həyatın bir imtahandan asılı olmadığını, yenidən bu prosesdə iştirak etmək şansı olduğu, ən əsas da bu mövzuda tək olmadığı izah olunmalıdır. Burada ən əsas iş valideynə düşür. Çünki şagird vaxtının ən əsas hissəsini evdə keçirir və valideyndən gələ biləcək davranışlar ona daha çox təsir edir. Valideynlərin mənfi təsir göstərmələri uşaqlarda özgüvən əskikliyi, özünəqapanma, hətta intihar hallarınna gətirib çıxara bilər”.
Ü.Hüseynli son olaraq ali məktəbə qəbul olmayan abituriyentlər üçün tövsiyələr verib:
“İmtahanda kifayət bal toplaya bilməyən və ya ixtisas seçimi uğursuz olan abituriyentlərin etməli olduğu ilk iş sosial mediadan uzaq durmaqdır.
Çünki universitet və tələbələr haqqında olan paylaşımlar sözügedən abituriyentlərdə məyusluq hissinin artmasına səbəb ola bilir. Maarifləndirilmiş valideynlərlə səmərəli, əylənəcli vaxt keçirmək həmin şagirdlər üçün daha faydalı olacaqdır. Xüsusən də bədənindəki stressdən azad olmaq üçün meditasiya, idman edə, sevdiyi məşğuliyyətlərlə məşğul ola bilər. Sınayacaqları yeni hobbilər bəlkə də onların gələcək karyerası olacaq.
Yeniyetmələr əsas öz potensiallarının fərqində olmalıdır. Əgər yenidən imtahana hazırlaşırlarsa, bu məsələni nəzərə almalıdırlar. Məsələn, bir şagirdin potensialı 300 bal toplamaq gücündədirsə, bunu qəbullanmalıdır. Təbii ki, daha yaxşı nəticə əldə etmək üçün çalışmalıdırlar, amma qəbullanmaq az bal toplayanda yaranacaq məyusluq hissinin azalmasına kömək edəcəkdir. “Ən azından sınadım” deyə bilməlidirlər. Şagird bunu özlüyündə həll etməlidir. Əgər bu prosesdə çətinlik yaşayarsa, psixoloqa müraciət etməkdən çəkinməməlidir.
Fikrimcə, şagirdlərdə məktəb psixoloqunun əlaqə nömrəsi olmalıdır. Məktəbi bitirən şagirdlər imtahandan sonra belə məktəb psixoloqu ilə əlaqə saxlayıb danışa bilməlidir, bunun sayəsində pulsuz konsultasiyalar alıb maariflənə bilərlər. Bununla yanaşı, şagird fərdi inkişafına diqqət etməlidir”.
105