WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
03 sen

Təhsilin səviyyəsinin aşağı olmasının günahkarı kimdir? - MÜSAHİBƏ

TehsilForumu.Az xəbər verir ki , "Təhsil millətin gələcəyidir". Lakin təəssüflər olsun ki, son bir neçə il ərzində təhsil sahəsində müəyyən çatışmazlıqlar bu sektoru əməlli-başlı çökdürüb. Ən acınacaqlı vəziyyət isə məhz qəbul imtahanlarının nəticələri açıqlandığı vaxt ortaya çıxır. Belə ki, son bir neçə ildir, abituriyentlərin çox aşağı bal topladığını müşahidə edirik. Bu isə təhsilin keyfiyyətinin olduqca aşağı olmasının göstəricisidir. Məsələn, bu il qəbul olan tələbələrin çoxu 200 bal toplayaraq dövlət sifarişli ixtisaslara qəbul olunub. Beləliklə, vaxtilə 350-400 balı "priznavat" etməyənlərin övladları, yaxud qohum əqrabaları indi 150-200 balla ali məktəbə qəbul olunur. Özü də, dövlət sifarişli əsaslarla oxuyur. Belə təhsil bizə lazımdırmı və problem nədən qaynaqlanır?

Mövzunu şərh edən təhsil eksperti Nadir İsrafilov bildirib ki, Azərbaycanda test üsulu tətbiq edilən zamandan qəbul balları enib-qalxır: "İlk dəfə 1992-ci ildə test imtahanı keçrilib. Elə həmin dövrdən 350 keçid balı müəyyənləşib. Bundan sonra həmin keçid balını toplayanların sayının kifayət qədər olmadığı ortaya çıxıb. Buna əsasən ixtisaslara uyğun balların müəyyən olunması qərarı verilib. Ona görə də, indi 100-150 balla universitetlərə qəbul olmaq mümkünə çevrilib".
Təhsilin səviyyəsinin aşağı olmasının günahkarı kimdir?

Ekspert hesab edir ki, günahkar imtahan modelidir: "Klassik qiymətləndirmədə 2 qiymət alanlar ali təhsil müəssisələrinə qəbul olunub. Bir müddət bu söhbət bəzi mühakimələrə səbəb olub. Hal-hazırda yenə də keçid balları aşağı düşüb. Bu, həm də universitetlərin plan yerləri ilə bağlı olan məsələdir. Ali təhsil müəssisələrinə sənəd verənlərin sayı çoxdur və belə olduğu təqdirdə rəqabət artır. Plan yerləri boş qalır və bu səbəbdən də keçid balları aşağı salınır".

Təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi gələcəyimiz üçün hansı təhlükələr yaradır?

Nadir İsrafilov bildirib ki, bu məsələdə kəmiyyət və keyfiyyət xüsusi önəm daşıyır: "Məsələn,100-150 balla universitetlərə qəbul həyata keçirilirsə, burada keyfiyyətdən söhbət gedə bilməz. Universitetlərdə plan yerlərinin dolmaması bəzi ixtisasların ixtisara düşməsinə səbəb olur.
Hər il ballarda fərq yaranır. Lakin bu il balların belə aşağı salınması universitetlərdə dövlət sifarişli yerlərin sayının artırılması ilə əlaqədardır".
139

PAYLAŞ