WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
06 apr

İQ, EQ və SQ - Fərqləri

İQ və EQ haqqında demək olar ki, bir çoxunuz eşitmisiniz. İQ insanın malik olduğu intellekt əmsalını, yəni intellektual zəkasını (İntelligence Quotient) müəyyənləşdirir. EQ (Emotional Quotient) isə şəxsin emosional zəkasıdır.

Bir çox insan dünyada ən yüksək İQ sahib olan şəxsin Albert Eynşteyn olduğunu düşünür. Son araşdırmalara əsasən, bu yerin sahibi Uilyam Cemis Sidis hesab olunur. Onun IQ səviyyəsi 250-300 olduğu halda, məşhur fizikin İQ-i 160-190 arasıdır. 11 yaşında Harvard Universitetinə qəbul olunan Uilyam Cemis Sidis eyni ildə orada dərs vdeməyə başlayıb. Onun 40 dil bildiyi təxmin edilir.


Bəs SQ nədir?

SQ (Spiritual Quotient) emosional zəkanın intellekt ilə birləşməsindən alınan zəka kriteriyası kimi başa düşülə bilər.

SQ=İQ+EQ

Beynin instinkti, biliyi, duyğunu qarışdırdığı və yaxşı ilə pisi ayıran, məna axtaran bir dünyagörüşü meydana gətirdiyi səviyyə mənəvi zəkanın səviyyəsidir. Buna görə də beynin həm sağ, həm də sol lobları ümumi təmasdadır.

Danah Zohar "mənəvi zəka" ifadəsini tətbiq etmiş və bu fikri 1997-ci ildə “ReWiring Corporate Brain” kitabında təqdim etmişdir. Mənəvi zəka insanın həm özü, həm də ətrafı üçün sülh və əmin-amanlıq təmin edərək daha xoşbəxt, daha uğurlu və daha yaradıcı bir həyat yaratmağı hədəfləyir. Mənəvi zəka emosional zəka kimi subyektivdir; duyğu, düşüncə və instiktlər üzərində hərəkət edir. İnsan və insanlığı qiymətləndirərkən həm fərdi, həm də cəmiyyətə diqqət yetirməyi qarşısına məqsəd qoyur.

İndi isə bunları fərqinə baxaq. Bəzən ətrafımızda ağıllı, lakin uğursuz insanlar görürük. Bunun səbəbi EQ-dur. Ətrafı ilə yaxşı ünsiyyət qurmağı bacarmayan insanlar müəyyən nöqtədən sonra uğursuzluq ilə qarşılaşırlar. Bu səbəbdən erkən yaşdan uşaqların təxəyyüllərini inkişaf etdirmək üçün mühit yaratmalı və ən əsası da kitab oxumağa təşviq etməliyik. Beləliklə, həmin fərdin həm EQ-i, həm də SQ-i inkişaf etmiş olacaq.


255

PAYLAŞ