teston.az

Tədris mövzuları:
İbtidai siniflər üçün etüd dərsləri
Abituriyent hazırlığı
5,6,7,8ci siniflər üçün təkmilləşdirmə dərsləri
İngilis dili hazırlığı və conversation
Məktəbə qədər hazırlığı


Haqqında: Xırdalan tədris mərkəzi və tədris sahəsində ən son standartlara uyğun fəaliyyət göstərən bir hazırlıq müəssisəsidir. Tədris mərkəzimiz 2015-ci ildən etibarən fəaliyyətə başlamışdır. Bu mərkəz məktəbəqədər hazırlıqdan tutmuş bütün yaş qrupları üzrə hazrılıqları özündə birləşdirən kompleks tədris müəssisəsidir. Dünya və Avropa təcrübəsindən yararlanaraq Azərbaycan təhsilində yüksək nailiyyətlər əldə etmək əsas prioritet məsələlərimizdən biridir. Mərkəzimizdə dərs deyən müəllim və idarə kollektivi təcrübəli və öz sahəsində peşəkar şəxslərdir. Müəllimlərimiz kursumuzun şagirdlərinin problemlərinə həssaslıqla yanaşaraq qayğıkeş münasibət göstərir, sagirdlərin fikirlərini dərslərə cəmləmələrinə, hər zaman motivasiyalı olmaqlarına kömək olurlar. Kursda oxuyan dinləyicilərə tədris ili ərzində hər həftə keçdiyi bütün fənlərdən mövzu testləri təqdim olunur. Bundan əlavə hər ay sınaq imtahanları da təşkil olunur. Bütün bunlar dinləyicilərin biliyini qiymətləndirməyə imkan verir. Eyni zamanda Tədris Mərkəzimizin təşkil etdiyi sınaq imtahanlarında, bilik yarışmalarında, qəbul imtahanında ən yüksək nəticə göstərən şagirdlərə təhsil haqqından 10% - 100% arası güzəştlər edilir. Tədris Mərkəzimiz şagirdlərimizin sağlam böyüməsi , boş vaxtlarının səmərəli keçməsi üçün idman yarışları və maraqlı tədbirlər təşkil edir.


Kateqoriya: Abituriyent